Qəzzadan İsrailə iki raket atılıb

Tarix: 19:06 18.05.2025
"İnformator.az" xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
Raketlərdən birinin məhv edildiyi bildirilib. Digər mərmi isə qeyri-yaşayış sahəsinə düşüb.
Dağıntı və tələfat barədə informasiya verilmir.
Qeyd edək ki, İsrail ordu bölmələri Qəzzada geniş quru əməliyyatına başlayıb.