Alazan və Katexçay daşıb, 200 hektar ərazi su altında qalıb

Tarix: 23:08 18.05.2025
Son günlər yağan intensiv yağışlar Zaqatalada fəsadlara yol açıb.
"İnformator.az"ın Report-a istinadən məlumatına görə, yağışlar nəticəsində Alazan çayında suyun səviyyəsi qalxıb, Katexçayda artan su çayın məcrasının dəyişməsinə səbəb olub.
Sel suları Aşağı Çardaqlar kəndində 200 hektaradək əraziyə dolub, 100-dən çox sakinə ziyan vurub. Su basan ərazilərdə əsasən arpa, buğda, yonca və qarğıdalı sahələri ziyan çəkib.
Sakinlərin dediyinə görə, hazırda əkin sahələrində suyun hündürlüyü 1.5 metrə çatır.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Zaqatala Suvarma Sistemləri İdarəsindən bildirilib ki, çaylara və su basan ərazilərə baxış keçirilib. Suyun səviyyəsinin yüksək olmasına görə hazırda ərazidə işləmək mümkün deyil. Su müəyyən qədər çəkiləndən sonra lazımi tədbirlər görüləcək.