Zelenski Trampa məktub ünvanlayıb

Bölmə: Dünya › ,
Tarix: 23:01 18.05.2025

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarına müdafiə-sənaye və ticarət sahələrində əməkdaşlıqla bağlı yeni təkliflərin yer aldığı məktub göndərib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

 

Zelenski məktubu Romada ABŞ-nin vitse-prezidenti J.D.Vens və dövlət katibi Marko Rubio ilə görüşdən sonra yazıb.