DİM sədri: Ötən il 100 mindən çox şəxs buraxılış imtahanlarında iştirak edib

Bölmə: Sosial › ,
Tarix: 11:21 23.05.2025

2024-cü il üzrə ali təhsil müəssisələrinə ərizə qəbulu sayı 118503, buraxılış imtahanlarında iştirakçı sayı isə 107586 nəfər olub.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar mətbuat konfrasında deyib.

 

"2025-ci il üzrə ali təhsil müəssisələrinə ərizə qəbulu sayı 130641, buraxılış imtahanlarında iştirakçı sayı 119296 nəfər olub", - Məleykə Abbaszadə əlavə edib.

 

O bildirib ki, 2024-cü il ilə müqayisədə 2025-ci ildə ali təhsil müəssisələrinə ərizə qəbulu sayı12138 nəfər artım olub. Buraxılış imtahanlarında isə 11710 nəfər artım olub.