Borsa günü düşüşlə tamamlanıb

Bölmə: Dünya › ,
Tarix: 21:23 23.05.2025

BIST 100 indeksi əvvəlki bağlanışa görə 119,17 bənd azalaraq, əməliyyat həcmi 87,1 milyard lirə olub. Bankçılıq indeksi 1,97%, holdinq indeksi 1,41% dəyər itirib. Ən çox qazanan sektor 1,43% ilə tekstil-dəri, ən çox geriləyən isə 4,51% ilə idman olub.

 

ABŞ Prezidenti Donald Trump-ın vergi endirimi və ticarət siyasətləri iqtisadiyyata dair suallar yaradarkən, AB və Apple-a yönəlik tarif təhdidləri qlobal bazarlarda satış təzyiqini artırıb. Trump AB ilə danışıqların nəticəsiz qaldığını bildirərək, 1 iyundan etibarən birbaşa 50%-lik tarif tətbiqini təklif edib. ABŞ-da istehsal olunan məhsullar bu tarifdən azad olacaq.

 

Trump həmçinin bildirib ki, Apple CEO-su Tim Cook-a iPhone-ların ABŞ-da istehsal edilməli olduğunu əvvəldən demişdi. Əks halda, Apple ABŞ-a 25%-lik gömrük vergisi ödəməlidir.

 

Analitiklər gələn həftə daxildə iqtisadi artım, işsizlik, inam indeksi; xaricdə isə ABŞ və Almaniyada inflyasiya, ECB və Fed-in açıqlamaları ilə bağlı məlumatların izlənəcəyini bildiriblər. Texniki baxımdan, BIST 100-də 9.300 və 9.200 dəstək, 9.400 və 9.500 isə müqavimət səviyyələridir.

 

 

TRT Xəbər 

Xəlilli Nigar