Türkiyədə müəssisədə partlayış olub, ölən və yaralanan var

Tarix: 19:48 23.05.2025
Türkiyədə asfalt istehsalı müəssisəsində partlayış olub, bir nəfər ölüb, digəri yaralanıb.
"İnformator.az" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Ərzurum şəhərində qeydə alınıb.
Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.
Ərazi yerinə yanğınsöndürənlər və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.