Yüzlərlə tələbə İranda nüvə obyektini mühasirəyə alıb

Tarix: 22:10 23.05.2025
Yüzlərlə iranlı tələbə İran-ABŞ nüvə danışıqları ərəfəsində ölkənin nüvə proqramına dəstək nümayiş etdirmək üçün Fordo uranın zənginləşdirilməsi zavodunun ətrafında canlı sədd yaradıb.
Tələbələr ölkənin milli maraqlarının müzakirə oluna bilməyəcəyi barədə bəyanatı oxuyublar.
Mövzu ilə əlaqədar politoloq Turab Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, əsas məsələ ondan ibarətdir ki, İran bu şəkildə nüvə müəssisələrini qorumağa çalışır:
“Çünki ABŞ tələb edir ki, İranın zənginləşdirilməsini dayandırsın və zəngləşən olanlarıda Rusiyaya təhvil versin. Ancaq İran bunu istəmir. Ən azından düşünürəm ki, elektrik enerjisi almaq üçün bəhs edəcək dərəcədə zənginləşən İranda qalmalıdır və Omandakı danışıqlar ona görə uğursuz olub ki, Omanda ABŞ İrandan bütün nüvəni Asiyaya təhvil vermək istəyir, İran isə buna yaxınlaşmayıb. Çünki ABŞ düşünür ki, prezident Trampın dediyi kimi, İranın 500 ilə çatacaq nefti və qazı var. Ona görə nüvə enerjisinə ehtiyacı yoxdur. İran düşünür ki, onun iqtisadiyyatı üçün lazımdır. Eyni zamanda İran təkcə iqtisadi yox, həm də hərbi cəhətdən düşünür. Çünki onda atom silahı, nüvə silahı, o İsrailə və ABŞ qarşı çəkindirici mövqe ortaya qoya bilər. Çünki iranlı tələbələrin bu çıxışı, əlbəttə, onların öz mövqeyi ola bilər və dövlət tərəfindən əslində xalqın və tələbələrin də dövlətin mövqeyin dəstəkləməsi kimi görünə bilər”.
Ekspertin sözlərinə görə, Ali Rəhbər dəfələrlə bildirib ki, onlar nüvə silahından, nüvə proqramından imtina etməyi düşünmürlər:
“Düşünürəm ki, Avropa İttifaqı daha çox başlıca mövqedə çıxış edir. Çalışırlar ki, hansısa üsulla ortaq mövqe tapsınlar. ABŞ daha çoxunu istəyir. İran ümumiyyətlə təhvil vermək istəmir. Ona görə də ortaq məxrəc tapmaq çətindir. Düşünürəm ki, sonunda burada İran rəhbərliyi ilə ABŞ arasında hansısa bir ortaq mövqenin tapılıb tapılmayacağından söhbət gedir. Əgər ortaq mövqeyə gəlməyəcəklərsə, bu cür süni aksiyalarla danışıqlar prosesini uzatmağa çalışacaqlar. Yox, əgər hər hansısa bir ortaq mövqe mümkündürsə, o zaman düşünürəm ki, tezliklə bu aksiyalar da dayanacaq”.
Asiman Vəliyeva