ABŞ-nin Türkiyədəki səfiri Trampın Suriya üzrə xüsusi nümayəndəsi olacaq

Bölmə: Dünya › ,
Tarix: 23:17 23.05.2025

ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edəcək.

"İnformator.az" xəbər verir ki, diplomat bu barədə mayın 23-də "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

O, ABŞ-nin Suriyaya qarşı sanksiyalarının ləğvi prosesini dəstəklədiyini qeyd edib.

"Sanksiyaların dayandırılması bizim əsas məqsədimizə - İŞİD-in tam məğlubiyyətinə mane olmayacaq və Suriya xalqına daha yaxşı gələcək üçün bir şans verəcək", - deyə Barak yazıb.