Hindistan səması Pakistan üçün hələ də bağlıdır

Bölmə: Dünya › ,
Tarix: 20:23 23.05.2025

Hindistan hakimiyyəti respublikanın hava məkanının Pakistan aviaşirkətləri və təyyarələri üçün bağlı qalma müddətini daha bir ay uzadıb.

 

The Times of India”nın məlumatına görə, bu barədə Hindistanın Mülki Aviasiya Nazirliyi rəsmi açıqlama yayıb. Nazirliyin bəyanatında bildirilir ki, qərar 2025-ci il iyunun 23-dək qüvvədə olacaq.

 

“Hindistanın hava məkanı Pakistanın qeydiyyatında olan, idarə edilən, sahib olduğu və ya icarəyə götürdüyü təyyarələr, o cümlədən hərbi uçuşlar üçün bağlı olaraq qalır”, — deyə rəsmi açıqlamada qeyd olunub.

 

Qeyd edək ki, Hindistan hakimiyyəti bu qərarı ilk dəfə 2025-ci il aprelin 30-da qəbul edib.

 

Mənbə :Caliber

Aytən Ağazadə