Yunanıstanda içməli suda uran aşkarlanıb

Tarix: 21:31 23.05.2025
Yunanıstanın şimalında yerləşən Serres şəhərində içməli suda təhlükəli səviyyədə uran aşkar edildikdən sonra beş yaşayış məntəqəsində suyun içilməsi və yemək bişirmək üçün istifadəsi qadağan edilib.
Avropa İttifaqının (Aİ) müvafiq direktivi çərçivəsində aparılan ölçmələr nəticəsində Lefkonas, Kristos, Metoxi, Melenikiotika və Xrisopigi yaşayış məntəqələrində içməli suda qanuni hədləri aşan miqdarda uran müəyyən edilib.
Serres Bələdiyyəsi Su və Kanalizasiya İdarəsinin (DEYAS) baş direktoru Nikos Safarikas, nəzarətlərin tez-tez təkrarlanaraq aparıldığını və götürülən nümunələrin analiz üçün ölkənin yeganə səlahiyyətli laboratoriyası olan Demokritos Tədqiqat Mərkəzinə göndərildiyini bildirib.
Safarikas, uran aşkarlanan bölgələrdə suyun təmizlənməsi ilə bağlı layihə hazırlıqlarına başlanıldığını da açıqlayıb.
Serres valisi Panayotis Spiropulos isə məsələyə ciddi yanaşıldığını, lakin əhalinin təşvişə düşməməli olduğunu vurğulayıb.
İlkin ölçmələrdən dərhal sonra yeni testlərin başlandığını bildirən Spiropulos, hazırda rəsmi tövsiyələrin gözlənildiyini qeyd edib.
TRT Xəbər
Nuray Əliyeva