Rusiya-Ukrayna əsir mübadiləsi qısa müddətdə həyata keçiriləcək-Tramp

Tarix: 21:32 23.05.2025
ABŞ Prezidenti Donald Tramp, İstanbulda razılaşdırılan əsir mübadiləsi prosesi ilə bağlı olaraq, “Rusiya ilə Ukrayna arasında böyük bir əsir mübadiləsi tamamlanıb. Qısa müddət ərzində həyata keçiriləcək”, ifadəsini işlədib.
Tramp bu barədə Truth Social platformasında paylaşım edib.
“Rusiya ilə Ukrayna arasında böyük bir əsir mübadiləsi tamamlanıb. Qısa müddət ərzində həyata keçiriləcək”, - deyə Tramp bildirib. Rusiya ilə Ukraynanı danışıqlara görə təbrik edib.
O, bu əsir mübadiləsinin daha genişmiqyaslı inkişaflara yol aça biləcəyinə də işarə edib.
İstanbul sülh danışıqlarında, Xarici İşlər Naziri Hakan Fidanın rəhbərlik etdiyi və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının da iştirak etdiyi türk heyəti, gərgin atmosferdə İstanbula gələn Rusiya və Ukrayna nümayəndə heyətləri, eləcə də ABŞ rəsmiləri ilə intensiv görüşlər keçirib.
Türkiyə tərəfi, Rusiya və Ukrayna heyətlərinin danışıqlar prosesində irəliləməsinə şərait yaradaraq əsir mübadiləsi razılaşmasına nail olunmasında əsas rol oynayıb.
TRT Xəbər
Nuray Əliyeva