Northamptonshiredə anbar yanğını

Bölmə: Dünya › ,
Tarix: 21:38 23.05.2025

 

 

İngiltərənin Şərqi Midlands bölgəsində yerləşən Sanders Lodge Sənaye Zonasında təkrar emal anbarında baş verən güclü yanğından sonra fövqəladə vəziyyət elan olunub.

 

Northamptonshire Yanğınsöndürmə və Xilasetmə Xidməti hadisə yerində genişmiqyaslı yanğınla mübarizə aparır və digər bölgələrin yanğınsöndürmə xidmətlərindən dəstək alır. Yanğın cümə günü yerli vaxtla saat 06:30 radələrində baş verib. Qurtarma xidmətləri bildirir ki, yanğınsöndürənlər hadisə yerində bütün həftəsonu qalmağa davam edəcək.

 

Yanğında "böyük miqdarda plastik materialın" alovlandığı bildirilib. Hadisə yerində 12 yanğınsöndürən briqada çalışır.

 

Rushden bölgəsində yollar bağlanıb, sakinlərdən ərazidən uzaq durmaları və evlərinin qapı-pəncərələrini bağlı saxlamaları tövsiyə olunub. Yanğınsöndürmə xidməti bildirib ki, bina təxliyə edilib və hadisə nəticəsində xəsarət alan olmayıb.

 

ANEWZ

Güllər Gülhüseynova