Azərbaycanda zəlzələ: Bəzi rayonlarda hiss olunub

Tarix: 16:27 05.06.2025
Şamaxı rayonunun Pirqulu ərazisində yerli vaxtla saat 16:02-də zəlzələ qeydə alınıb.
“İnformator.az” xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.