Arda Güler "La Liganın ən yaxşı gəncləri" siyahısında

Bölmə: İdman › ,
Tarix: 20:47 06.06.2025

İspaniyada mövsümün ən yaxşı gənc futbolçuları seçilib. 7 nəfərlik siyahıda Arda Gülerdə yer alıb.

 

"İspaniya La Liga", "Barcelona"nın çempion kimi tamamladığı 2024–2025 mövsümündə çıxış edən ən yaxşı 23 yaşdan aşağı futbolçuları müəyyənləşdirib.

 

Liqanın rəhbərliyinin tərtib etdiyi siyahının ilk sırasında "Barcelona"nın çempionluğunda mühüm rol oynayan "Lamine Yamal" yer alıb.

 

33 liqa oyununda 9 qol və 15 assistlə yadda qalan "Yamal", 17 yaşında olmasına baxmayaraq, ən yaxşı aktiv futbolçu kimi göstərilib.

 

İkinci sırada "Fabio Silva" yer alıb. "Las Palmas"ın 22 yaşlı hücumçusu 24 matçda 10 qol və 3 assistlə çıxış edib.

 

"Diego Lopez" isə üçüncü yeri tutub. "Valencia"nın ulduzu 38 oyunda meydana çıxaraq 8 qol və 5 assistlə fərqlənib.

 

"La Liga"nın seçimində "Arda Güler" isə 5-ci sırada yer alıb. Millimizin futbolçusu mövsümün son bölümlərində daha çox şans qazandığı bu ildə 28 liqa oyununda 3 qol və 5 assistlə çıxış edib.

 

Mənbə: TRT haber 

Nigar Həsənzadə