Azərbaycanın olimpiya çempionu bürünc medal uğrunda görüşə çıxacaq

Tarix: 17:25 18.06.2025
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
"İnformator.az"ın məlumatına görə, 1/4 finalda məğlub olan olimpiya çempionu təsəlliverici qarşılaşmada İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə qalib gəlib.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.