Klublarımızın avrokuboklardakı rəqibləri bəlli olub

Bölmə: Dünya › ,
Tarix: 22:53 18.06.2025

Zirə" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri bəlli olub.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

 

Azərbaycan təmsilçiləri səpələnməmişlər səbətində yer alıblar. Bu isə onların nisbətən daha yuxarı reytinqli komandalardan birinə rəqib edib.


"Zirə" Xorvatiyanın "Hayduk" klubuna rəqib olub. "Araz-Naxçıvan" isə Yunanıstanın "Aris" klubu ilə qarşılaşacaq. Püşkə əsasən, hər iki təmsilçisimiz ilk matçını evdə keçirməlidir. Lakin UEFA-nın qaydalarına əsasən, bir yarışda eyni şəhərin iki təmsilçisi eyni gündə ev oyunu keçirə bilməz. Bu səbəbdən yaxın vaxtlarda veriləcək qərardan asılı olaraq, komandalarımızdan biri ilk oyununu səfərdə, digəri evdə keçirəcək.