Xamneyi Trampın təhdidinə cavab verib

Bölmə: Dünya › ,
Tarix: 22:58 18.06.2025

 

İranın ali dini lideri Əli Xamneyi ABŞ prezidenti Donald Trampın “Biz onun harada olduğunu bilirik, istədiyimiz zaman öldürə bilərik” sözlərinə cavab verib.

 

İranın heç vaxt təslim olmayacağını deyən Xamenei, “ABŞ-nin hər hansı bir hücumunun düzəlməz nəticələri olacaq” deyib.

 

"İran xalqı dayatılan müharibəyə qarşı olduğu kimi, tətbiq edilmiş sülhə qarşı da uca duracaq. Bu xalq məcburiyyət qarşısında heç kimə təslim olmayacaq", - Xamenei deyib.

 

Trampın “Biz onun harada olduğunu bilirik” yazısına toxunan Xamenei, “İranın tarixini bilənlər bilirlər ki, iranlılar təhdid dilinə xoş münasibət göstərmirlər” deyib.

 

"Hücum Vaşinqtonla dolayı danışıqlar zamanı baş verib və bizim tərəfimizdən heç bir hərbi əməliyyat əlaməti yox idi. ABŞ-nin bu pis niyyətli hərəkətdə iştirakı gözlənilirdi və son bəyanatlar bunu təsdiqləyir", - Xamenei deyib.


 Haber Global
Türkan Kərimli