İranda internet kəsintisinin səbəbi bəlli olub

Tarix: 22:48 18.06.2025
İranda internet kəsintisinin səbəbi məlum olub.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.
“Ölkənin yerləşdiyi xüsusi şəraitin davam etməsini, həmçinin rabitə şəbəkələrinin İsrail tərəfindən hərbi məqsədlər üçün istifadəsini və əhalinin həyatı üçün təhlükəni nəzərə alaraq internetə çıxışa müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, daha öncə internet verilişinin dayandırıldığı xəbəri yayılıb.