Xamanei ABŞ-yə xəbərdarlıq edib

Tarix: 18:42 18.06.2025
İsrailin İrana iyunun 13-də başlayan hücumunun altıncı günündə İranın ali dini lideri Əli Xamenei ABŞ-nin mümkün müdaxiləsinin bərpası mümkün olmayan ziyana səbəb olacağı barədə xəbərdarlıq edib.
"İran xalqı heç vaxt təslim olmayacaq", - Xamenei deyib.
Tramp iyunun 17-də sosial şəbəkədəki paylaşımında İrana “şərtsiz təslim olmağa” çağırıb.
Xamenei mesajları həm də iyunun 17-də Vaşinqtonda keçirilən təhlükəsizlik görüşünə cavabdır.
Rusiya həmçinin Vaşinqtonu İrana hücum etməməyə çağırıb.
İran mediasının məlumatına görə, son hücumlarda ilk dəfə olaraq “Fəttah-1” hipersəs raketi Təl-Əvivə atılıb. Hər iki ölkənin hücumları iyunun 18-i səhər saatlarından davam edib.
İsrail İrandakı sentrifuqa qurğularına, raket istehsalı mərkəzinə və İnqilab Keşikçiləri Korpusuna bağlı universitetə hücum etmək üçün 50 döyüş təyyarəsindən istifadə edib.
Mənbə: BBC NEWS TÜRKÇE
Zəhra Möhübbətova