“İranlılar Ağ Evə gəlmək istəyirlər”-Tramp

Bölmə: Dünya › ,
Tarix: 20:01 18.06.2025

İsrailin İrana qarşı iyunun 13-də başlayan hücumunun altıncı günü qarşılıqlı bəyanatlar və xəbərdarlıqlarla yadda qalıb.

 

İyunun 18-i günortadan sonra Ağ Evdə sualları cavablandıran Donald Tramp İrana hücum ehtimalı ilə bağlı “Mən bunu edə bilərəm, etməyə də... Heç kim nə etmək istədiyimi bilmir” deyib.


Tramp Tehranın danışıqlar aparmaq istədiyini iddia edərək, “İranlılar Ağ Evə gəlmək istəyir” deyib. İran rejiminin hava hücumundan müdafiə vasitələrinin də aradan qaldırıldığını deyən Tramp, “önümüzdəki həftəyə qədər, bəlkə də bir həftədən az müddət ərzində mühüm şeylərin baş verəcəyini” qeyd edib.

 

Bu bəyanatdan əvvəl İranın ali dini lideri Əli Xamneyi ABŞ-nin mümkün müdaxiləsinin düzəlməz ziyana səbəb olacağı barədə xəbərdarlıq edib. Xamenei “İran xalqı heç vaxt təslim olmayacaq” deyib.

 

Tramp iyunun 17-də sosial şəbəkədəki paylaşımında İranı “şərtsiz təslim olmağa” çağırıb.  Xamneyinin mesajları həm də iyunun 17-də Vaşinqtonda keçirilən təhlükəsizlik toplantısına cavab idi.

 

BBCnews
Aysel Mirzəyeva