Tramp İrana "son ultimatum" verib

Tarix: 20:12 18.06.2025
ABŞ Prezidenti Donald Tramp İrana qarşı "son ultimatum"la çıxış edib.
"İnformator.az"ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəhbəri jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, İran səmasının tamamilə ABŞ-nin nəzarətində olduğunu qeyd edərək, Yaxın Şərqdə çoxlu xoşagəlməz hadisələrin baş verə biləcəyini vurğulayıb.
"Bu, cəmi iki çox sadə sözdür - qeyd-şərtsiz kapitulyasiya. Sadə dillə desək, bu, o anlama gəlir ki, kifayətdir, təslim oluram, daha heç nə olmayacaq", - deyə Tramp izah edib.
O etiraf edib ki, İran bu təklifi rədd edərsə, ABŞ İranın hərbi və nüvə infrastrukturunu vura bilər.
ABŞ lideri Yaxın Şərqdə baş verənlərin fonunda gələn həftənin "böyük bir həftə olacağını" söyləyib.