İllik məzuniyyətə çıxıb turnirə qatılıblar, Boca Juniors-dan xal alıblar

Tarix: 09:44 25.06.2025
FIFA Klublararası Dünya Kubokunun C qrup qarşılaşmasında heyətində müxtəlif peşələrdə çalışan futbolçuların yer aldığı Oklend, Cənubi Amerikanın nəhəng klubu Boca Juniors ilə 1:1 hesablı heç-heçə edib. Hər iki komanda turnirlə vidalaşıb.
GEODIS Park stadionunda keçirilən oyunda 26-cı dəqiqədə Garrow öz qapısına qol vurub və Boca Juniors önə keçib.
52-ci dəqiqədə isə Gray hesabı bərabərləşdirib. İkinci hissədə hava şəraiti səbəbilə oyun qısa müddətlik dayandırılıb.
Qalan dəqiqələrdə hesab dəyişməyib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qrup mərhələsini 2 xalla başa vuran Boca Juniors turniri tərk edib, ilk iki oyunda məğlub olduqları üçün Yeni Zelandiya təmsilçisi Oklend-in daha öncədən mübarizəni dayandırması rəsmiləşib.
Benfika, Bavariyanı 1:0 hesabı ilə məğlub edib və qrup lideri kimi 7 xalla 1/8 final mərhələsinə yüksəlib. Bavariya isə 6 xalla növbəti mərhələyə vəsiqə qazanıb.
Haber Global
Xəlilli Nigar