CHP Manavgat Bələdiyyəsinin rüşvət tarifi üzə çıxıb

Bölmə: Dünya › ,
Tarix: 12:12 07.07.2025

CHP Manavgat Bələdiyyəsində korrupsiya əməliyyatı rayondakı qalmaqallar zəncirini üzə çıxarıb. 

 

Manavqatda bələdiyyə sədrinin və rəhbərliyin əməlli-başlı pul tələb etdiyi otellərin rüşvət tarifi üzə çıxıb. Rüşvət sxemi ilə bağlı əldə edilən məlumata görə; Lisenziyaya 6 milyon TL, qəsəbəyə isə 200 min avro tarif tətbiq edilib. Manavgat Bələdiyyə sədrinin müavini Mehmet Engin Tüter paxlava qutusunda 110 min avro rüşvət alarkən cinayət başında yaxalanıb. Manavgat Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində iş adamlarının ifadələri sistematik rüşvət şəbəkəsini üzə çıxarıb. 

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı