Məşhur futbolçu karyerasını bitirib

Tarix: 17:50 07.07.2025
Xorvatiya milli komandasının sabiq futbolçusu İvan Rakitiç karyerasını bitirərək, "Hayduk" klubuna texniki direktor təyin edilib.
"İnformator.az"-ın xəbərinə görə, bu barədə Split təmsilçisinin yeni idman direktoru Qoran Vuçeviç məlumat verib.
Vuçeviç bildirib ki, əsas köməkçisi məhz Rakitiç olacaq: "Onun "Hayduk"da olması böyük şərəfdir. Son dərəcə yüksək keyfiyyətli insandır və istisnasız yüksək səviyyəli karyeraya malikdir. Vida videosuna baxdım, tüklərim biz-biz oldu. Belə insanlar azdır".
Rakitiç futbolçu karyerası ərzində İsveçrənin "Bazel", Almaniyanın "Şalke", İspaniyanın "Barselona" və "Sevilya", Səudiyyə Ərəbistanının "Əş-Şabab" komandalarının formasını geyinib. Onun son klubu isə elə "Hayduk" olub.