Ukrayna ABŞ-dəki səfirini dəyişməyə hazırlaşır

Tarix: 15:05 07.07.2025
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampla cümə günü baş tutan telefon danışığı zamanı Vaşinqtondakı səfir Oksana Markarovanın dəyişdirilməsi məsələsini müzakirə edib.
Bu barədə Bloomberg agentliyi adının açıqlanmasını istəməyən mənbələrə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqtonda Ukraynanın yeni səfiri postuna bir neçə yüksək vəzifəli rəsminin namizədliyi nəzərdən keçirilir. Potensial namizədlər sırasında Baş nazir Denis Şmıxal, Baş nazirin müavini Olha Stefanişina, Müdafiə naziri Rustem Umerov və Energetika naziri German Qaluşenko yer alır.
Agentliyin məlumatına əsasən, Prezident Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə yeni səfir təyinatı ilə bağlı ABŞ tərəfi ilə danışıqlar aparmağı tapşırıb.
Mənbə: Caliber
Aytən Ağazadə