“Sumqayıt”ın yeni baş məşqçisi bəlli olub

Tarix: 18:32 07.07.2025
.
"Saşa İliç Serbiya Futbol Məktəbində yetişib, həm də Rusiyada məşqçilik təcrübəsi var. "Sumqayıt" üçün bu potensial baxımından uğurlu seçim kimi sayıla bilər, çünki onun partizan komandasında oyunçu və məşqçi təcrübəsi var".
Bu sözləri İdman TV-nin aparıcısı Həcər Vəliyeva "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Saşa həm oyunçu olub, həm də məşqçi olub:
"Həmçinin Rusiyanın taktiki baxımdan güclü, tələbkar premyerliqasında çalışması ona həm düzgün taktika qurmaq, həm də oyunçularla işləmək təcrübəsi qazandırıb. "Sumqayıt"da təzə futbolçu çoxdur, təzə ancaq təcrübəsizdirlər. Belə bir məşqçi olə işləmək onlara fərdi inkişaf baxımından müsbət təsir bağışlayacaq.
Həm Serbiya, həm də Rusiya futbol məktəbində əsas prioret sistemli şəkildə futbolçuların yetişməsidir. Futbolda ən böyük problem budur ki, oyunçular daha çox fərdi oyuna üstünlük verirlər, komanda oyunu olduğunu unudurlar. Pas ötürmə və xüsusi məqamlarda oyuna ciddi təsir göstərir. Qeyd etdiyim bu iki məktəbdə isə bu prioritet sayılır, nizam-intizamın gücləndirilməsi var. Əgər məşqçi bu qaydaları Azərbaycan futboluna da göstərə bilsə, yəqin ki, bizim futbolla birləşəndə yaxşı uyğunlaşacaq".
Müsahibimizin sözlərinə görə, "Sumqayıt"ın özünə gəldikdə, əgər düzgün yanaşılsa, Saşanın gəlişinin böyük təsiri olacaq:
"Çünki Saşa İliçin özünün taktiki intizam və hücum yanaşmalarını tətbiq edə bilsə, "Sumqayıt" da daha balanslı və müdafiədə daha sabit komanda halına gələcək. Bununla da ötən mövsümlərə nisbətdə daha da irəli gedə bilər. Çünki "Sumqayıt" stabil komanda deyil. Əgər bu problemlər ortadan qalxsa, növbəti oyunlarda, yəni bu məşqçi ilə çıxacaqları oyunda elə ilk mərhələlərdən stabil mövqe tutmağı bacararaq, bəlkə də gələcəkdə Avrokuboklara vəsiqə uğrunda mübarizə haqqında hazırlıq real ola biləcək. Onsuzda ilk oyunlardan hər şey təxmini bəlli olacaq. Bütün hər şey komandanın və məşqçinin bir-birinə necə uyğunlaşacağından asılıdır".
Zəhra Möhübbətova