Çin Ukraynada müharibə istəyir

Tarix: 20:59 07.07.2025
Çinin xarici işlər naziri Van Yinin AB-nin baş diplomatı Kaya Kallas ilə söhbətində "Pekin Rusiyanın Ukraynaya qarşı müharibədə uduzmasına imkan verə bilməz" cümləsini işlətdiyi bildirilir.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Əli Mustafa bildirir ki, ehtimal var ki, Qərb Amerika əgər Ukrayna savaşında Rusiyanı məğlub edərsə, növbəti hədəf Çin olacaq:
“Ona görə də Çin bu savaşın uzanmasında maraqlıdır və yaxud Rusiyanın udmasını istəmir ki, növbəti hədəf özü olmasın. Amma eyni zamanda Çin həm də beynəlxalq hüququ müdafiə edən bir tərəf və yaxud BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi də bu mövqeyini ifadə edəndə əslində özü də beynəlxalq hörmətsizlik etmiş olur. Əlbəttə, burada Çinin imici də müəyyən qədər korlanır. Eyni zamanda Çin həm də Avropa İttifaqı ilə əməkdaşlıq edir, həm də Amerika ilə əməkdaşlıq edir. Amma digər tərəfdən burda Qərb bloku ilə Şərq klubun da var. Rusiya hazırda formal da olsa Şərq blokunda təmsil olunur. Bu baxımdan Çin hətta Avropa İttifaqının ABŞ -ni qarşısını almaq naminə olsa da, Rusiyanın bu savaşda məğlubiyyətini istəmir. Dediyim kimi, yəqin ki, növbəti hədəfin özü olacağını düşünür və yaxud da ola bilsin Çinə zaman lazımdır. Bu savaşın uzanması Çinə zaman qazandırır və bu zaman içində güclənən Çin ola bilsin ki, bir müddətdən sonra fərqli bir vəziyyətdə olsun. Və beynəlxalq münasibətlər sisteminə təsiri tamam fərqli olsun”.
Həmçinin politoloq Çin və NATO münasibətlərindən də danışıb:
“Əslində Çin NATO nun hədəfində olan dövlətlərdəndir. Bunu Çində bilir, NATO da bilir. Ona görə də sanki Rusiyanın İranın önə çıxması və yaxud da zərbə altına verilməsi əslində Çin-NATO qarşıdurmasına zaman qazandırır, fürsət qazandırır. Yəni bir formada Çin bununla həm də özünü qoruyur, güclənir, zaman qazanır, eyni zamanda bir formada müttəfiqlərini də müdafiə edir. Əslində yenidən yeni dünya düzənin formalaşmasında Çin ola bilsin ki, özü üçün uyğun olduğu, vacib bildiyi bir performansı qorumağa çalışır. Yəni bir formada avtoritar rejimləri həm də dəstəkləyir”.
Aysel Mirzəyeva