ABŞ və İsrail Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Bölmə: Siyasət › ,
Tarix: 22:59 07.07.2025

ABŞ Prezidenti Donald Tramp sabah paytaxt Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahunu qəbul edəcək.

Bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tramp yanvar ayından bəri Ağ Evdə üçüncü dəfə Netanyahu ilə görüşəcək.

 

Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail və ABŞ regionda daim koordinasiyalı hərəkət edirlər:

 

“İstənilən bir addım atanda dövlət başçıları və müdafiə nazirləri səviyyəsində koordinasiya olur. Koordinasiya bundan sonrakı dövr üçün də lazımdır. Yeni Yaxın Şərq layihəsi reallaşdırılır. Bu məqsədlə regionda bir sıra addımlar atılır. ABŞ və İsrail istədikləri bütün əsas mərhələləri geridə qoyublar. Birinci növbədə HƏMAS 2023-cü il 7 oktyabr hücumundan sonrada HƏMASIN zərərləşdirilməsi prosesi başlayıb. Çox ciddi zərbələr vuruldu. Ardından Hizbullah, İrana hücumdan əvvəl Yəmənə zərbələr endirməklə oranı müvəqqəti olsa, zərərləşdiriblər. Suriyadakı hadisələrdə Bəşər Əsəd devrildi. İranın müqavimət oxu sındırılıb. İran- İsrail münasibətində İranın bir müqavimət oxu var idi. Burada İraq, Suriya, Yəmən, HƏMAS, Livandakı və Suriyadakı Hizbullah var. Bu müqavimət oxunu zərbələr endirməklə İsrail İranı zərərləşdirdi. İranın özünə hücum başladı. İranın nüvə proqramı, raket sistemləri sıradan çıxarılıb. İsrail artıq istədiyi kimi Yeni Yaxın Şərq layihəsini reallaşdırmaq üçün hazırdır. Bundan sonrakı mərhələni də ABŞ ilə bərabər yürütmək üçün prosesi bir təmas lazım idi. Bu məqsədlə Netanyahu ABŞ-yə səfər edir. Həmin səfər çərçivəsində bir sıra görüşlər nəzərdə tutulur. Trampla və digər rəsmilərlə görüş nəzərdə tutulur. Bütün görüşlərdə bundan sonra Yaxın Şərqdə hansı proseslər olacaqsa, bir koordinasiyanın edilməsi müzakirə olunacaq.

Burada İranla bağlı hansı addımlar atılacaq, danışıqlar prosesi, İsrail daxili məsələlərini həll etməlidir. Misal üçün İsrail hakimiyyətinə təzyiqlər var. Əsirlərin geri qaytarılmaması ilə bağlı İsrail rəhbərliyini laqeydlikdə günahlandırırlar. Bu məsələ müzakirə olunacaq. ABŞ-dən kömək olaraq həmin əsirləri qaytarılmasında vasitəçi Qətərə təzyiqlər edilməsini istəyəcəklər. Bu məsələlərin hamısı orada müzakirə olunacaq. Bundan sonrakı addımlar ola bilər ki, Yəmən məsələsi yarım qalıb. Yəmənə hücum məsələsini və onu “təmiz zərərsizləşdirilməsi” məsələsini müzakirə edərlər. Bütün bu məsələlər burada müzakirə olunacaq. Nəticələri növbəti müddətdə görəcəyik ki, onlar hansı məsələlərdə razılaşıblar və hansı addımları atacaqlar. Bunlar tezliklə özünü büruzə verəcək”.

 

Nuray Əliyeva