“Ankara danışıqlar üçün Kiyevin cavabını gözləyir”-Hakan Fidan

Tarix: 19:55 08.07.2025
Ankara Ukrayna üzrə danışıqların İstanbulda keçirilməsi planlaşdırılan üçüncü raundunun tarixi ilə bağlı Kiyev tərəfinin cavabını gözləyir.
Mövzu ilə bağlı “İnformator.az” a politoloq Yusif Bağırzadə bildirir ki, Türkiyə-Rusiya-Ukrayna münasibətlərinin normallaşmasından xeyli diplomatik səylər göstərir:
“Hələ müharibə başlayandan 2022-ci ildən bəri Türkiyənin vasitəçiliyə ilk dəfə olaraq Rusiyanın Ukrayna arasında İstanbul formatı deyilən bir format təşkil olunmuşdur. Həmin formatda Türkiyənin prezidenti cənab Ərdoğan özü şəxsən iştirak edib. Əfsuslar olsun ki, hazırda bu iki dövlət arasında müharibə davam edir. Bu günədək Türkiyə ABŞ-dən və Avropa İttifaqa daxil olan digər dövlətlərdən fərqli olaraq Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımı Ukraynanın vahid, bölünməz bir hissəsi kimi qəbul edir. Türkiyənin vasitəçiliyi ilə Rusiya Ukrayna arasında hərbi əsirlərin mübadiləsi prosesi baş verib. Birinci dəfə Ukrayna, Azov hərbçilərinin Rusiya hərbçiləri və əsirlərinin dəyişməsi prosesi birbaşa Ankaranın və İstanbul şəhərində həyata keçirilib. Bununla əlaqədar Rusiya həm də Ukrayna Türkiyə dövlətinə öz minnətdarlığını bildirmişdir. 4tərəfli formatda, yəni BMT-də iştirakı ilə Taxıl sazişi Türkiyənin vasitəsilə olub. Bu gün Türkiyə Ukraynadan sülh görüş alana qədər bir cavab gözləyir. Rusiyanın bu müharibədə diskuritiv yanaşması hamı bilir. Hətta ABŞ prezidenti cənab Trampın Rusiya prezidenti cənab Putinə zəng edəndən sonra söhbətlərin alınmaması, əlbəttə ki, Amerikanın bir uğursuzluq kimi qəbul etmək lazımdır".
Həmçinin şərhçi qeyd edir ki, Ukraynanın özünə də maraqlıdır ki, Türkiyənin vasitəçiliyi ilə danışıqlar baş tutsun:
“ABŞ imperativ şəkildə Ukrayna tərəfindən rus ordusu olan ərazilərin Rusiyaya verilməsi və yaxud Krımın Rusiyaya verilməsi ilə əlaqədar Ukraynaya təzyiqlər göstərir. Ona görə də Ukrayna Türkiyənin vasitəsi olması önəmlidir. Çünki Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır. Ona görə də Ukrayna Türkiyənin vasitəçiliyi çox önəmlidir. Həm də Türkiyə Avropa İttifaqından, ABŞ-dən fərqli olaraq birinci dövlətdir ki, Ukrayna bu müharibə başlayanda hərbi yardımı birbaşa birinci dəfə Türkiyə edibdir. Rusiyanın bu və ya digər formada davranışda iştirak edə bilər. Ancaq bu danışıqların bir nəticə verməsi görsənmir. Çünki Putinlə Trampın danışından belə məlum oldu ki, Putin dedi ki, müharibənin başlama səbəbi aradan qaldırılmalıdır. Bu da ondan ibarətdir ki, Ukraynada hakimiyyət getməlidir, istefa verməlidir. O biri tərəfdən də Ukraynaya aid olan vilayətlər, yəni rus ordusu yerləşən və rus ordusunun işğal olunan ərazilər Rusiyanın tərkib hissəsi kimi Ukrayna və beynəlxalq ictimaiyyətdən qəbul olunmalıdır. Ona görə də bu formatda bu model də əlbəttə ki, Ukrayna və beynəlxalq ictimaiyyət tərəfindən qəbul oluna bilməz”.
Aysel Mirzəyeva