"Galatasaray" Osimhen transferinə sürət verib

Tarix: 20:13 08.07.2025
"Galatasaray" Victor Osimhen transferi ilə bağlı işlərini intensiv şəkildə davam etdirir.
"Galatasaray Sportif A.Ş." sədr müavini Abdullah Kavukcu Osimhen transferini yekunlaşdırmaq üçün İtaliyaya gedir.
Kavukcu Osimhen-dən əlavə, İtaliyada qapıçı transferi üçün də görüşlər keçirəcək. Onun növbəti dayanacağının isə London olması gözlənilir.
İndiyə qədər "Napoli" ilə aparılan danışıqları klubun səlahiyyət verdiyi George Gardi həyata keçirirdi.
Mənbə: TRT Haber
Nigar Həsənzadə