Sumqayıt”ın yeni baş məşqçisi-“Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır”

Tarix: 23:01 08.07.2025
Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev ilə ilk görüşümüz Belqradda baş tutdu. Mənə klubun gələcək hədəflərindən danışdı. Bundan sonra Sumqayıta gələrək müqaviləyə imza atdım.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yeni baş məşqçisi Saşa İliç mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis Azərbaycanda oynayan bəzi monteneqrolu və serbiyalı futbolçulardan çempionat barədə məlumat aldığını bildirib: “Onlar mənə müəyyən informasiyalar verdilər. “Sumqayıt”ın infrastrukturu məni qane etdi. Ortada 1 illik müqavilə var. Bu müddət ərzində yaxşı komanda qurmaq istəyirəm. Bundan sonra yeni anlaşma ola bilər. Bilirəm ki, “Sumqayıt” üçün ötən mövsüm qeyri-stabil keçib. Yeni mövsümdəki hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Amma futbolçulardan da çox şey asılı olacaq”.
Serbiyalı çalışdırıcı yaxşı kollektiv formalaşdırmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: “Hazırda komandada 16-17 futbolçu var. Rəhbərliklə əl-ələ verib, tez bir zamanda yaxşı heyət qurmaq istəyirik”.