Helin Kayıkçı yenidən "Fenerbahçe Medicana"da

Tarix: 20:14 08.07.2025
"Fenerbahçe Medicana" qadın voleybol komandası, öz yetirməsi olan libero Helin Kayıkçını transfer edib.
"Fenerbahçe Medicana" Helin Kayıkçını yenidən heyətinə qatıb.
"Sarı-lacivərdlilər"in açıqlamasında deyilir:
“Komandamız yeni mövsüm planlaması çərçivəsində libero Helin Kayıkçını heyətinə qatıb. Helin Kayıkçıya "Ailəmizə yenidən xoş gəlmisən" deyir, sonsuz uğurlar arzulayırıq".
2021–2022 mövsümündə "Fenerbahçe" ilə peşəkar karyerasına başlayan Helin 2024–2025 mövsümündə "Alpet Zeren Spor" formasını geyinib. Helinin milli komandada 2024 20 Yaş Altı Avropa Çempionatı və 2024 21 Yaş Altı Balkan Çempionatı çempionluqları var.
Mənbə: TRT Haber
Nigar Həsənzadə