Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapılıb

Tarix: 22:14 08.07.2025
Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.
"İnformator.az" "Report"a istinadən məlumatına görə, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndində ərazisindən keçən hissəsində aşkar edilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meytin kanaldan çıxarılması istiqamətində işlər görülür.
Faktla bağlı araşdırmaya başlanılıb.