Ukraynanın Kursk hücumu: Naziri intihara vadar edən

Bölmə: Dünya › ,
Tarix: 08:43 09.07.2025

Rusiyada nüfuzlu və Prezident Vladimir Putinə yaxın olan Rotenberq qardaşlarının himayədarlığı ilə yüksələn Roman Starovoyt uzun müddət bu dəstək sayəsində uğurlu karyera qurub. O, hökumətə daxil olmamışdan əvvəl başqa bir vəzifədə – Kursk vilayətinin qubernatoru kimi sınaqdan keçib. Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başladığı zaman da həmin vəzifədə olub, daha sonra isə nəqliyyat naziri postuna keçirilib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu rusiyalı ekspert İlya Şumanov “Meduza” nəşri üçün yazıb.


O qeyd edib ki, qubernator olduğu dövrdə Starovoyt Kursk vilayətində hərbi istehkamların – “əjdaha dişləri” adlandırılan müdafiə xətlərinin tikintisinə cavabdeh idi. Nəqliyyat naziri təyin olunsa da, Kursk vilayətində onunla yaxın əlaqədə olan bir çox adam qalıb. Xüsusilə, onu əvəz edən qubernator Smirnov və vilayətdə istehkamların inşasına cavabdeh olan “Kursk Vilayətinin İnkişaf Korporasiyası”nın direktoru Vladimir Lukin ilə sıx əlaqədə olub.