Putin özünü ifşa edib: Tramp siyasətini dəyişdirir

Tarix: 08:45 09.07.2025
ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə qarşı narazılığını bildirdiyi son bəyanatları Ukraynanın ABŞ liderinə sülh razılaşmasının olmamasında kimin günahkar olduğunu izah etmək cəhdlərinin uğurlu olduğunu göstərir.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti ukraynalı deputatların çıxışlarına istinadla yazıb.
Nəşrin qeyd etdiyinə görə, Rusiyanın Ukraynanın arxa cəbhə şəhərlərinə hücumlarının güclənməsi Trampı Ukraynaya dəstəyi davam etdirməkdən başqa seçim qoymayıb.
“Biz Ukraynaya daha çox silah göndərəcəyik. Biz məcburuq. Onların özlərini müdafiə etmək imkanı olmalıdır”, – Tramp son bəyanatlarından birində deyib.