Almaniya Ukraynaya özünün hava hücumundan müdafiə sistemlərindən biri olan Patriot-u sata bilərmi?

Bölmə: Dünya › ,
Tarix: 12:30 09.07.2025

Donald Trampın Almaniyaya Ukraynaya öz Patriot hava hücumundan müdafiə sistemlərindən birini satmağı təklif etdiyi bildirilir. Bəs Rusiya hava hücumlarını gücləndirdiyi bir vaxtda Berlin Kiyevə hərbi dəstəyi artıra biləcəkmi?


"Biz Ukraynaya daha çox silah göndərməliyik. Müdafiə xarakterli silahlar, onlar özlərini qorumalıdırlar", – ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ukraynanın müdafiəsi ilə bağlı danışarkən belə deyib.
Lakin o "biz" deyərkən təkcə ABŞ-ı nəzərdə tutmurdu.
Media məlumatlarına görə, Tramp Almaniyaya Ukraynaya Patriot batareyalarından birini satmağı təklif edib. Bildirilir ki, xərclər ABŞ və Avropa arasında bölüşdürülə bilər.
Ukrayna isə müttəfiqlərini ölkənin hava hücumundan müdafiəsini gücləndirmək üçün həyati əhəmiyyət daşıyan Patriot sistemləri və onlara uyğun raketlərin tədarükü ilə dəstək verməyə çağırır. "Biz tərəfdaşlarımızın razılaşdırılmış məsələləri tam şəkildə yerinə yetirəcəyinə çox ümid edirik. Hava hücumundan müdafiə sistemləri insan həyatının qorunması üçün əsas prioritet olaraq qalır", – deyə Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi Rusiya dron və raket hücumundan sonra bildirib.


Euronews
Fatimə Heydərova