Məşhur futbolçu klub sahibi olub

Tarix: 20:44 09.07.2025
"Corcio Kyellini yaxşı müdafiəçi olub. Düzdür, onu Top10-luqda saya bilmərik. Hətta "Yuventus" tarixində belə deməzdim ki, Top10-luq müdafiəçidir. Ancaq onlar ağıllıdırlar, biz Avropada, ümumiyyətlə Dünyada belə bir insanın ətrafında güclü menecerlər, menecment bilənlər var".
Bu sözləri idman jurnalisti, ekspert Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, baş məşqçi kimi, funksioner kimi maraqlı mövsüm olacaq:
"Yəqin ki, o, futbolçu kimi çıxış etdi, davamında isə məşqçi kimi fəaliyyət göstərmək istəyir. Futbol adamlarının çoxluğu zərər gətirməz, ən azı o bu sahəni bilən insandır. Bu addım keçmiş futbolçuların futbol sonrası karyerası üçün nümunədir. O Avropada, top5-likdə oynayıb. Düşünürəm ki, onun futbol bilikləri, savadı, dünya görüşü futbola funksioner kimi də töhvə verəcək".
Zəhra Möhübbətova