“Ticarət müharibələrinin olmaması neft qiymətlərini sabit saxlaya bilər”

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:21 28.07.2025

ABŞ tezliklə Çinlə ticarət sazişi bağlaya bilər. Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-Çin ticarət sazişinin ümumi çərçivəsi razılaşdırılıb:

 

“Avropa ilə də 3 ay ticari razılaşmanın 2 şərti bağlanıb. Çinin də müqavilənin bağlanma tarixini 3 ay təxirə salıb və çalışdılar ki, onu da bağlamasınlar. ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatına çox mənfi təsir göstərə bilər. Həm əmtəə və səhm birjalarına, həm də dünyadakı inflyasiyanın səviyyəsinə və iqtisadi artıma mənfi təsir göstərə bilər. Amma ölkələr hazırda razılaşma meyillidirlər. Razılaşma indiki inkişafın davamını gətirəcək. Amerika ilə Yaponiya həmişə ticarət aparırdılar. Yaponiyanın ən böyük ixrac bazarı Amerikadır. İndi münasibətləri tənzimləyiblər. Münasibətlərin tənzimlənməsi dedikdə Amerika onlara tarif tətbiq edib. Yaponiya isə Amerikaya tarix tətbiq etməyib. Belə bir razılaşma əldə ediblər. Hazırkı vəziyyətdə bu ölkələr bir-biri ilə ticarət aparırdı. Tramp qaydaları dəyişmək istədi və müəyyən qədər də öz ölkəsinin xeyrinə dəyişdi”.

 

Ekspert qeyd edib ki, ABŞ iqtisadiyyatının büdcə gəlirlərini artırır:

 

“Düzdür, bu Amerikada qiymət səviyyəsini artıracağını formalaşdırır. FED-də inflyasiyanın nə qədər arta biləcəyini izləyir. Ölkələr arasında həmişə ticarət geniş gedir. Bunun ticari müharibəyə çevrilməsi riski narahatlıq yarada bilər. Ticari müharibə olmayacağına görə də əvvəlki qaydada hər şey davam edəcək. Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Proseslər bir qədər sakitləşib. Ticari müharibələr ilk olaraq əmtəə qiymətlərinə, neft qiymətlərinə çox mənfi təsir göstərir. Bu müharibələrin olmaması, ləngiməsi, yumşalması da neft qiymətlərinin kəskin enişinin qarşısını alır”.


Nuray Əliyeva