Azərbaycan yığmasının Çexiya ilə oyununun yeri və vaxtı müəyyənləşib

Tarix: 22:47 01.08.2025
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə keçirəcəyi səfər oyununun yeri və başlama vaxtı müəyyənləşib.
"İnformator.az" "AFFA"nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma B qrupunun III turu çərçivəsində oktyabrın 10-da Karvina şəhər stadionunda təşkil olunacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, U-21 seçmə mərhələnin ilk iki turu çərçivəsində sentyabrın 5-də Barselos şəhər stadionunda Portuqaliya yığması ilə, sentyabrın 9-da isə “Dalğa Arena”da Bolqarıstan seçməsi ilə qarşılaşacaq.