Azərbaycan klubu "Ayaks"ın yetirməsini heyətinə qatıb

Tarix: 16:11 02.08.2025
Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatıb.
Bu barədə "İnformator.az"a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Niderlandlı sağ cinah müdafiəçisi Şaquill Sno ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı oyunçu son olaraq Maltanın “Gzira” klubunun formasını geyinib.
"Ayaks"ın yetirməsi Niderlandda “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv", Rumıniyada “Botosani” və “Mioveni” komandalarında da çıxış edib.