İqor Ribeyronun "Neftçi"yə qatılacağı tarix bəlli olub

Tarix: 19:06 02.08.2025
"Araz-Naxçıvan" klubunda çıxış edən İqor Ribeyro iyul ayında rəsmi olaraq "Neftçi"yə transfer olunsa da, o, UEFA Konfrans Liqasına vəsiqə qazanan Naxçıvan təmsilçisinin "ağ-qaralar"dan xüsusi icazəsi ilə II təsnifat mərhələsinin son oyununa kimi "qırmızı ağlar"da çıxış edib.
"İnformator.az" "Oxu.Az"a istinadən bildirir ki, bu açıqlamanı "Neftçi" klubunun mətbuat katibi Asəf Zeynallı bildirib:
"Komanda bu gün axşam Bakıya qayıdır. İqor Ribeyroda "Neftçi"yə Bakıda qoşulacaq".