“Ezamiyyə xərclərinin normaları haqqında” qərarın əhatə dairəsi genişləndirilib

Bölmə: Sosial › ,
Tarix: 11:56 04.08.2025

Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına dəyişiklik edilib.

 

"İnformator.az" "Report" a istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Belə ki, “Ezamiyyə xərclərinin birgünlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”na Baş prokurorun müavinləri də əlavə edilib.