Məşhur gürcü rejissor ölüb

Tarix: 11:59 04.08.2025
Gürcü əsilli rejissor Eldar Şengelaya 93 yaşında vəfat edib.
"İnformator.az" "TASS" a istinadən xəbər verir ki, Eldar Şengelaya ali təhsilini Moskvada alıb.
Onun ilk ekran iş “Buz ürək əfsanəsi” adlı film olub. Daha sonra “Ağ Karvan”, “Qeyri-adi sərgi”, “Samavişvilinin ögey anası” və digər filmlərə ekran həyatı qazandırıb. 1988-ci ildə “SSRİ xalq artisti” fəxri adına layiq görülüb.