Türkiyə yığmasının oyunçusu “Qalatasaray”la yeni müqavilə bağlayıb

Bölmə: Dünya › ,
Tarix: 22:24 05.08.2025

Türkiyə milli komandasının futbolçusu Yunus Akgün “Qalatasaray”la yeni müqavilə bağlayıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu daha 4 il “sarı-qırmızılar”ın heyətində çıxış edəcək.

 

Ulduz futbolçu ilə Avropanın bir neçə adlı-sanlı klubu yaxından maraqlanırdı.


Qeyd edək ki, Yunus Akgün ötən mövsüm "Qalatasaray"ın heyətində 44 rəsmi matçda 12 qol vurub, 14 məhsuldar ötürmə verib.