FETÖ və törəmələri Hakan Fidana qarşı kampaniya aparır

Bölmə: Dünya › ,
Tarix: 22:26 05.08.2025

 

Türkiyənin Xarici İşlər Naziriliyi (XİN) nazir Hakan Fidanın ali təhsili ilə bağlı yayılan iddialara cavab verib.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, XİN yayılan məlumatların heç bir əsası olmadığını bəyan edib.

 

Məlumatda bildirilir: “Nazirimizə qarşı FETÖ və onun törəmələri tərəfindən son illərdə sistemli, çoxşaxəli gözdən salma kampaniyasında irəli sürülən əsassız iddiaların bir qismi yenidən gündəmə gəlib. Son vaxtlar bu iddiaların yenidən gündəmə gəlməsi ictimaiyyəti qəsdən çaşdırmaq məqsədi daşıyır. Bu iddialarla bağlı qanuni tədbirlər görülür”.