Hindistanda sel fəlakəti baş verib

Bölmə: Dünya › ,
Tarix: 19:52 05.08.2025

Hindistanın Uttarakhand əyalətində baş verən güclü yağışlar sel fəlakətinə səbəb olub. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 50-dən çox insan isə itkin düşüb.

 

Uttarkashi bölgəsində dağlardan gələn sel suları turistik Dharali kəndini su altında qoyub. Hazırda ordu və fövqəladə hallar üzrə müdaxilə qruplarının iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir. İndiyə qədər 4 nəfərin meyiti tapılıb, 50-dən çox insanın axtarışları isə sürdürülür.

 

Qeyd edək ki, bu əyalətdə 2021-ci ildə baş verən başqa bir sel fəlakəti zamanı iki hidroelektrik stansiya dağılıb, nəticədə azı 200 nəfər həyatını itirib.

 

Haber Global 

Nuray Əliyeva