Hindistan və Filippin əməkdaşlığı genişləndirir

Bölmə: Dünya › ,
Tarix: 22:39 05.08.2025

5 avqustda keçirilmiş birgə bəyanatda Hindistanın Baş naziri Narendra Modi və Filippin Prezidenti Ferdinand Markos ikitərəfli imtiyazlı azad ticarət sazişi üzrə danışıqların sürətləndirilməsi planlarını elan ediblər.

 

Hazırda Hindistana dövlət səfərində olan Prezident Markos bu ölkəyə səfər edən beşinci Filippin Prezidenti olmaqla yanaşı, iki ölkə arasında artan dəniz əməkdaşlığını da xüsusi vurğulayıb.

 

4 avqustda Hindistan və Filippin donanmaları Cənubi Çin dənizində ilk dəfə birgə təlim keçiblər.

 

Qeyd edək ki, 2023-cü ilin sonlarından etibarən Filippin Çin tərəfindən irəli sürülən geniş ərazi iddialarına qarşı beynəlxalq dəstək qazanmaq məqsədilə ABŞ, Yaponiya, Avstraliya, Fransa və Kanada da daxil olmaqla, bir sıra ölkələrin dəniz qüvvələri ilə əməkdaşlığını gücləndirib.

 

ANEWZ

Gülhüseynova Güllər