Trampdan Putinə ultimatum:-Bu vaxta kimi razılaşın, yoxsa...

Tarix: 22:38 05.08.2025
ABŞ Prezidenti Donald Trampın administrasiyası qərbin sanklsiyalarından yan keçmiş Rusiya tankerlərinə qarşı məhdudiyyətlər planı hazırlayır.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə ultimatum verib:
"Cümə gününə qədər atəşkəslə razılaşın, yoxsa daha sərt tədbirlərlə üzləşəcəksiniz".
Qeyd olunur ki, ultimatum nəticəsiz qalarsa, bu, Trampın Ağ Evə qayıtmasından sonra Rusiyaya qarşı ilk yeni sanksiyalar olacaq.