BP-nin Azərbaycandakı yerli işçi sayı artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:35 07.08.2025

Bu ilin iyun ayının sonuna “BP-Azerbaijan” şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı 2 395 nəfərə çatıb və bu rəqəmə müddətli müqavilə əsasında çalışan işçilər də daxildir.

 

Bu barədə "İnformator.az"  “BP-Azerbaijan” şirkətinin bu ilin ilk yarımili üzrə biznesə dair yaydığı məlumata istinadən xəbər verir.

 

Yerli işçilərin sayı 2024-cü ilin birinci yarısı ilə müqayisədə 9 nəfər və ya 0,4 % artıb. Həmin dövrdə bu göstərici 2 386 nəfər təşkil edirdi.

 

Şirkət bildirir ki, 2018-ci ilin ortalarından etibarən BP-nin ixtisaslı işçi heyətinin 90 %-i, ixtisassız heyətin isə 100 %-i yerli kadrlardan ibarətdir.


BP gələcəkdə də təlim və inkişaf proqramlarını optimallaşdıraraq, yüksək ixtisaslı yerli kadrların hazırlanmasına töhfə vermək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində fəal iştirakını davam etdirəcək.