Teatrımızın və kinomuzun ölməz sənətkarı-ŞƏRH

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:00 15.04.2025

Nəsibə Zeynalova teatrımızın və kinomuzun ölməz sənətkarıdır. İllər keçsə də, teatrımızda və filmimizdə Nəsibə xanım hər zaman xatırlanacaq və yeni nəsil üçün bir işıq olacaqdır. Mövzu ilə bağlı Əməkdar artist və aktyor Çingiz Əhmədov "informator.az"a açıqlamasında bildirib ki, Nəsibə xanım alicənab və əvəzolunmaz bir sənətkar idi:

 

"Nəsibə xanım Azərbaycan kinosuna və teatrına bir dəfə gəldi və getdi. Onu heç kəs əvəz edə bilməz. Nəsibə xanımla bir səhnəni bölüşmək qürurdur və buna layiq olmuşuqsa, bu, ən böyük fəxrdir. Peşəkar aktrisa idi. Onun improvizələri həqiqətən tayı-bərabəri olmayan idi. Onun yaratdığı obrazlarla birlikdə o improvizələr də getdi".

 

O, həmçinin açıqlamasında bildirib ki, Nəsibə xanım bir Azərbaycan xanımı kimi ailəcanlı idi:

"Öz övladlarına böyük dəyər verən, hər zaman səmimi olan bir ana idi. Həmişə sənət yoldaşlarına da qayğı ilə yanaşırdı. Çəkilişlər zamanı hər kəsə öz övladı, yaxını kimi davranırdı. Nəsibə xanım illər keçsə də, teatrımızda və kinomuzda yaşayacaq".

 

Ayşən Səlimova